2024-cü ildə 3457 qadın və 123 uşaq məişət zorakılığının qurbanı olub – Milli Statistika Xidməti
2024-cü ilin ilk altı ayı ərzində Gürcüstanda 4116 nəfər məişət zorakılığının qurbanı olub. Onlardan 3457 nəfəri qadın, 659 nəfəri isə kişidir.

Zorakılığa məruz qalanların əksəriyyəti, 1862, 25-44 yaş arası qadınların yaş kateqoriyasında qeydə alınıb.

Məlumatı Milli Statistika Xidməti dərc edir.

13 yaşınadək 51 qız və 72 oğlan zorakılığın qurbanıdır. Bundan sonra bütün yaş kateqoriyalarında məişət zorakılığının qurbanı olan qadınların sayı kişilərin sayını xeyli üstələyir.

Cinayəti törədənlər arasında (cəmi 3911 nəfər) tam əksəriyyəti, 3288 nəfəri kişilərdir. Hadisəni törədənlər arasında 17 azyaşlı, onlardan ikisinin yaşı 13-dən azdır. Ən çox zorakılıq edənlər 25-44 yaş arası kişilər kateqoriyasında cəmləşib.

Zorakılığın ən çox qurbanı olan 1926 nəfər Tbilisidədir. Tbilisidən sonra Kvemo Kartli (463 zorakılıq qurbanı) və Acarıstan (391 qurban) gəlir. İmereti və Kaxeti də Acarıstandan geri qalmır.
Milli Statistika Xidməti Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsaslanır.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google