Kürtlər kəndində qum karxanası Xram çayının yatağını dəyişərək, öz texnikalarının hərəkəti üçün yol salmaq istəyir (VİDEO/FOTO)
17:29 / 10.08.2024
Marneuli bələdiyyəsinin Kürtlər kəndində qum karxanası Xram çayının
yatağını dəyişərək, öz texnikalarının hərəkəti üçün yol salmaq
istəyir.
Buna görə də kənd sakinləri etiraz edirlər. Bu gün, 10 avqust
tarixində Xram çayının sahilinə toplaşmış Kürtlər sakinləri
“Marneuli” radiosu ilə söhbət zamanı bildirdilər ki, qum karxanası
kəndin ərazisində illərdir ki, qazıntı işləri aparır. Onların
sözlərin görə, kənddə karxananın olması onlara problemlər
yaradır.
“İllərdir ki, karyer kəndimizin ərazisində qazıntı
işləri aparır. Hər yeri qazıb töküblər. İndi də qeyri-qanuni olaraq
öz texnikalarının hərəkəti üçün çayın səmtini dəyişərək, yol
salırlar. Əgər çay daşarsa, bizim kəndin torpağını su yuyub
aparacaq. Mal-qaramızı burda otarırıq, çayın kənarına gətirib
sulayırıq”, – kənd sakini bildirdi.
Karxana Aşağı Qullar ərazisində yerləşir. Sakinlərin sözlərinə
görə, şirkət karxanadan bir neçə kilometr aralıda torpaq sahəsi
alıb və indi istəyir ki, aldığı torpaqdan karxanaya çınqıl
daşısın.
"Bildiyimizə görə, Qullarda yerləşən karxana bizim
kənddən aşağıda torpaq sahəsi alıb. Oradan həmin çınqılı daşıyıb
karyerə aparmaq istəyir. Qullar camaatı da həmin karyerə kəndin
içindən istifadə etməyə icazə verməyib. İndi də bu yola əl atıblar,
çayın səmtini dəyişib bizim kənd tərəfə salıblar. Əgər indi bunun
qarşısı alınmasa, sabah bütün buraları da qazacaqlar. Hələ indidən
pis gündədir. Qazılıb tökülüb".
Hadisə yerinə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı
Nazirliyinin Ekoloji Nəzarət Departamenti əməkdaşları gəliblər.
Onlar da kənd sakinlərinin problemini dinləyərək, protokol
yazıblar. Departament əməkdaşları sakinlərə onu da bildiriblər ki,
məsələ araşdırılacaq və şirkətin bu ərazidə qazıntı işləri
aparmışının qanuni olub-olmadığına daha sonra qərar veriləcək.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166