Gürcüstan hökuməti Azərbaycanla sərhədə qədər ərazilərində
yeni avtomobil yolunun tikintisi üçün fərdi şəxslərin torpaqlarını
zorla müsadirə etməyə başlayacaq.
Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvilinin bununla bağlı
əmri "Legislative Gazette"də dərc olunub.
Bildirilir ki, qurum daşınmaz əmlakın alınması ilə bağlı
mülkiyyətçilərlə razılığa gələ bilmədiyi üçün “Əmlakın zəruri
dövlət ehtiyacları üçün məhrum edilməsi qaydası haqqında” Qanuna
uyğun olaraq torpaqların
özgəninkiləşdirilməsinə ehtiyac var.
Söhbət Marneuli bələdiyyəsində üç torpaq sahəsindən (98 min m², 3,1
min m² və 584 m²) gedir. Onların sahibləri qərardan məhkəməyə
şikayət edə biləcəklər.
Qeyd edək ki, layihə Rustavi şəhərindən Qırmızı Körpü Ticarət və
Sənaye Palatasına qədər 31,9 km uzunluğunda dördzolaqlı yolun
tikintisini nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415