Gürcüstan Prokurorluğu Lançxuti bələdiyyəsində bir nəfərə qarşı
xüsusi amansızlıqla qəsdən adam öldürmə faktına görə ağırlaşdırıcı
şəraitdə ittiham aktı açıb.
İndiyə qədər Daxili İşlər Nazirliyi yazırdı ki, həmin şəxs 108-ci
maddədə nəzərdə tutulmuş qəsdən adam öldürmə, 10 ildən 15 ilədək
azadlıqdan məhrumetməni nəzərdə tutan cinayətdə ittiham olunur.
İndi 1986-cı il təvəllüdlü D.T.-ni 16 ildən 20 ilədək
və ya ömürlük
həbs cəzası gözləyir.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq
tədbirləri ilə müəyyən edilib ki, avqustun 8-də Lançxuti şəhərində
təqsirləndirilən şəxs zərərçəkmişi kəndirlə boğub, bundan sonra küt
və kəsici-deşici əşyalardan istifadə etməklə bədəninə xəsarətlər
yetirib. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə
keçinib”, - prokurorluq bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi
avqustun 9-da saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu
maddəsinin 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə
tutan “m” (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törədildikdə)
bəndi ilə ittiham olunub. Prokurorluğun vəsatəti əsasında
təqsirləndirilən şəxs barəsində artıq həbs qətimkan tədbiri
seçilib.
Mərhumun ailəsinin qohumunun verdiyi məlumata görə,
təqsirləndirilən şəxs hadisə baş verən gün mərhumun fermasına
gələn, yemək və içki ilə əyləndiyi keçmiş hərbçidir. Özünün verdiyi
məlumata görə, daha sonra ayıq olmayan təqsirləndirilən şəxs həmin
şəxsi döyərək işgəncə verib və bunu əks etdirən foto və videolar
çəkib. Daha sonra o, polis bölməsinə gedərək, hüquq-mühafizə
orqanlarının əməkdaşlarına bir nəfəri döydüyünü bildirib və “əgər
bacarsalar, sağ ikən ona çata biləcəklərini” bildirib.