Dünən gecə Zuqdididə yaşayış binasında yanğın baş verib,
nəticədə iki azyaşlı həyatını itirib.
Məlumatı Fövqəladə Halların İdarəsi Xidməti təsdiqləyib.
Qonşuların mətbuata
verdiyi məlumata görə, hadisə baş verən gün
pulun ödənilməməsi səbəbindən ailəyə işıq və qaz verilməyib.
Onların məlumatına görə, aztəminatlı ailə olduqlarına görə
azyaşlılar himayədarlıqda olub və sosial qurum onları analarına
qaytarıb.