Sirskinin sözlərinə görə, Ukrayna Rusiya ərazisinin 1000 kvadrat kilometrinə nəzarət edir
Ukrayna Silahlı Qüvvələrinin komandanı Oleksandr Sirski bildirib ki, Ukrayna Kursk vilayətində Rusiya ərazisinin 1000 kvadrat kilometrinə nəzarət edir.

Müqayisə üçün qeyd edək ki, bu, Tbilisinin ərazisindən [726 kv. km] daha çoxdur.

“Meduza” Sirskinin açıqlamasına istinadən xəbər verib. Nəşrin məlumatına görə, bu barədə Sirski Zelenski ilə görüşü zamanı bildirib.

Rusiya tərəfinin məlumatına görə, Kiyev Kurskda 28
yaşayış məntəqəsinə nəzarət edir.

Artıq bir həftəyə yaxındır ki, Rusiya ərazisində Ukrayna ilə həmsərhəd Kursk rayonunda döyüşlər gedir. Avqustun 6-da səhər saatlarında Ukrayna hərbi birləşmələri ora daxil olub.

Moskva əvvəlcə hücumu uğurla dəf etdiyini iddia etsə də, sonradan bu məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatından silinib.

Mənbə: Netgazeti




Print Email
Tags: Rusiya Ukrayna
FaceBook Twitter Google