Kaxetidə 23 yaşlı qadının qaçırılması ilə bağlı bir nəfər həbs edilib
Məlumata görə, Kaxetinin Qabal kəndində 23 yaşlı qadının qaçırılması ilə bağlı bir nəfər həbs edilib.

Hadisə iyulun 28-də baş verib. Ailə üzvlərinin o zaman dediyinə görə, 23 yaşlı qadını maşına “mindirən” 4 nəfər oğurluqda iştirak edib.

"Dörd nəfər idilər, qızı döyüb maşına mindirdilər. Qız da, nənəsi də müqavimət göstərdilər, amma heç nə edə bilmədilər. Qız
da, nənə də yaralandı. Bizə maşının modeli və nömrəsi məlumdur. Həmin maşınla qaçırıblar”.
– o zaman qaçırılan şəxsin dayısı “Azadlıq” radiosuna bildirib.

Tabula Daxili İşlər Nazirliyindən ətraflı məlumat almağa çalışır. Cavabı alan kimi sizə təqdim edəcəyik.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google