Marneuli Televiziyasının sahibi 4 ay ərzinə iki dəfə dəyişib.
Şirkətin 100%-lik səhmlərinin sahibi Tornike Çabaloşvili olub,
keçmiş sahibi Zaza Babluani isə icraçı direktor vəzifəsinə
keçib.
8 iyul tarixində yayımlanan kommersiya və qeyri-kommersiya hüquqi
şəxslər reestrinin məlumatına görə, Tornike Babaloşvili teleşirkəti
Zaza Babluanidən tam alıb. Alqı-satqıda məbləğ qeyd olunmayıb.
Sənədə əsasən, Tornike Çabaloşvili baş direktor, Zaza
Babluani isə
icraçı direktordur.
Qeyd edək ki,
Marneuli Televiziyası bu il artıq ikinci dəfə
sahibini dəyişib. İlk əvvəl teleşirkəti Zaza Babluani 2 aprel
tarixində Şalva Şubladzedən alıb. Nəticədə Zaza Babluani Zviad
Keçağmadze ilə birlikdə teleşirkətə rəhbərlik edirdi.
Televiziyanın veb-səhifəsindəki məlumata görə, Marneuli teleşirkəti
Məhdud Məsuliyyətli Cəmiyyət “Marneuli TV” olaraq 2006-cı ilin 1
iyun tarixində yaradılıb. Televiziya Marneulidə MMC olaraq
qeydiyyatdan keçənə qədər də fəaliyyət göstərib. Şalva Şubladze 25
il ərzində televiziyaya rəhbərlik edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415