Gürcüstan Qərbin dayandırdığı layihələri büdcədən kompensasiya etmək istəyir
“Gürcüstan hakimiyyəti Qərbin dayandırdığı layihələri büdcədən asanlıqla kompensasiya edə bilər”.

Bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Son 4 ildə büdcəmiz 10 milyard lari (3,71 milyard ABŞ dolları) artıb. Büdcəmizlə müqayisədə
onların layihələri dənizdə bir damladır. Məsələn, Avropa Birliyi ildə kənd təsərrüfatına 5 milyon avroya yaxın sərmayə qoyur , Gürcüstan hökuməti isə 330 milyon lari (110 milyon avro)”,
- İrakli Kobaxidze jurnalistlərə bildirib.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google