Parlament çoxluğunun lideri Mamuka Mdinaradzenin sözlərinə görə,
Bidzina İvanişvilini heç bir vəzifə maraqlandırmır
və onun “Gürcü arzusu” siyahısında bir nömrəli olmasının yeganə
səbəbi konstitusiya çoxluğuna zəmanət verməkdir.
“Mən Bidzina İvanişvilinin prezident və ya buna bənzər bir şey
olmasını tamamilə istisna edə bilərəm”. Mdinaradze jurnalistlərə
açıqlamasında “Hansı vəzifə, nə ilə maraqlanır?” deyib və əlavə
edib ki, İvanişviliyə
vətəni maraqlıdır.
Onun sözlərinə görə, Bidzina İvanişvilinin “Gürcü arzusu”
siyahısında birinci olmasının yeganə səbəbi bu seçkilərin
əhəmiyyətidir.
“İndi evdə otursaq, bu gün konstitusiya çoxluğu əldə
etməyəcəyik... Sizə birbaşa deyirəm, ala bilməyəcəyik, amma adi səs
çoxluğu əldə etmək problem deyil. Amma ölkəni xilas etmək marağı
ilə konstitusiya çoxluğunu əldə etmək marağı üst-üstə düşür. Burada
daha möhkəm bir zəmanət var. Siyasi sahədə biz bəzi kiçik
partiyalarla deyil, onların sahibləri ilə mübarizə aparırıq.
Sahibləri hər gün kənardan nəsə verirlər, açıqlamaları, hərəkətləri
su götürənlərə mamır olub. Onların heç bir şansı yoxdur. Amma
Bidzina İvanişvili faktoru bu ölkə üçün çox şeyi müsbət həll etdi
və biz də onun konstitusiya çoxluğunun taleyini həll etməsini
istəyirik”, - deyə Mamuka Mdinaradze bildirib.
Keçmiş baş nazir və “Gürcü arzusu”nun fəxri sədri Bidzina
İvanişvili ilk dəfə olaraq partiyanın parlament siyahısında yer
alacaq.
İndiyədək “Gürcü arzusu” üç dəfə parlament seçkilərində iştirak
etsə də, partiyanın təsisçisi heç vaxt deputat siyahısında təmsil
olunmayıb.
İvanişvili 2011-ci ildə “Gürcü arzusunu” yaradıb və iki dəfə
siyasətdən gedib.
O, siyasətdən getdiyini ilk dəfə 2013-cü ildə baş nazir postunu
tərk edərkən elan edib, lakin 2018-ci ildə yenidən partiya sədri
postuna qayıdıb.
2021-ci ildə yenidən siyasətdən getdiyini elan etsə də, 2023-cü
ilin sonunda yenidən qayıdıb “Gürcü arzusu”nun fəxri sədri
olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415