“Birlik-Milli Hərəkat”ın yaydığı məlumata görə, gecə saatlarında
təbliğat materiallarının yayılması zamanı
bir neçə şəxs onların gənclər qanadının nümayəndələrini şifahi
təhqir edərək onlara mane olmağa çalışıb.
Press-relizdə qeyd olunduğu kimi, gənclər qanadının üzvü Amiran
Natriaşvili qeyd edir ki, onlar əvvəlcədən təşkil olunmuş qrup
tərəfindən hücuma məruz qalıblar.
“Biz dostlarımızı çağırdıq və dostlarımız gələndə bu
insanlar yenidən geri qayıtdılar. Bundan sonra bizi “bu nə
köynəkdir geyinmisiniz, kimə dəstək verirsiniz” kimi sözlərlə
təhqir etdilər.
Təbii ki, bu insanlar “Gürcü arzusunun” tərəfindən bizə qarşı
şifahi və fiziki zorakılıq etmək üçün bilavasitə səfərbər edilmiş
mütəşəkkil qrup idi”, - məlumatda deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415