Daxili İşlər Nazirliyi: Şəxsi həyat sirrini pozan, cinsi xarakterli cinayət və hədə - qorxu ilə pul tələb edən 1 nəfəri saxladıq

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İsani-Samqori rayon polis şöbəsinin əməkdaşları

2006-cı il təvəllüdlü kişini şəxsi həyatın toxunulmazlığını pozduğuna, seksual xarakterli cinayətlər törətdiyinə və hədə-qorxu ilə pul tələb etdiyinə görə yaxalayıb.

Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.

Qurumun məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs azyaşlı A.S-dən sosial şəbəkə vasitəsilə ona şəxsi həyatını əks etdirən
foto və video materialların göndərilməsini istəyib, daha sonra onu şantaj edərək müxtəlif məbləğlərdə pul tələb edib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq təqsirləndirilən şəxsin A.S-ni zorakılıqla hədələyərək cinsi xarakterli digər hərəkətlər etdirdiyini də müəyyən edib.

İstintaq Cinayət Məcəlləsinin 157-ci Prima maddəsinin birinci hissəsi, 138-ci maddəsinin birinci hissəsi, 3-cü hissəsinin “A” bəndi, 181-ci maddəsinin birinci hissəsi ilə aparılır.

 

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google