Müdafiə Nazirliyinin öz qan bankı olacaq.
Bu barədə Gürcüstan hökumətinin parlamentin 2024-cü ilin payız
sessiyası üçün qanun yaradıcılığı fəaliyyətinin qısamüddətli
planında qeyd olunub.
“Qanunvericiliyə edilən dəyişikliyə əsasən, Gürcüstanın
Müdafiə Nazirliyi sistemi müstəqil istehsalat transfuziologiyası,
qan toplama, komponentlərin istehsalı, saxlanması və idarə
edilməsini, daim yenilənən strateji ehtiyatların yaradılmasını
nəzərdə tutan öz qan bankı sülh dövründə və fövqəladə və/və ya
müharibə zamanı fəaliyyət göstərəcək.
Qan bankının idarə edilməsi Gürcüstan Müdafiə Nazirliyinin Qiorqi
Abramişvili adına hərbi hospitalı tərəfindən həyata
keçiriləcək”, - sənəddə deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415