Marneulinin “Tsereteli” futbol komandası Tetritskaronun “Lile”
komandası ilə Marneulinin mərkəzi stadionunda qarşılaşacaqlar.
Marneuli meriyası tərəfindən yayımlanmış məlumata görə, həvəskar
futbol liqası regional mərhələsi çərçivəsində “Tsereteli” və “Lile”
arasında görüş 13 sentyabr tarixində, saat 17:00-da baş
tutacaq.
“Həvəskarlar liqası Gürcüstan Həvəskarlar Futbol
Assosiasiyası və Gürcüstan Futbol Federasiyası, Gürcüstan
Futbolunun İnkişafı Fondunun qarşılıqlı əməkdaşlığı ilə
keçirilir”, – Marneuli meriyasının məlumatında
qeyd
olunub.
Marneuli yerli özünüidarəsi “Tsereteli” komandasına 24 cüt futbol
ayaqqabısı alıb. Marneuli meriyası ayaqqabıların alınması üçün
“Çempion” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb.
“Xatırladaq ki, Gürcüstanın Həvəskarlar Futbol
Assosiasiyası və Gürcüstan Futbol Federasiyası, Gürcüstan
Futbolunun İnkişafı Fondu, Gürcüstan Təhsil, Elm, Mədəniyyət və
İdman Nazirliyi ilə əməkdaşlıqla futbol üzrə həvəskarlar liqasının
2024-cü il regional çempionatına başlanıb. Çempionatda bizim
bələdiyyə komandası da iştirak edir.
Bələdiyyə çempionatı Marneuli bələdiyyəsində 2024-cü ilin iyun
ayında başlayıb və final görüşü 18 iyul tarixində keçirilib. Qalib
komanda “Tsereteli” komandası olub.
Buradan irəli gələrək, tədbirə qoşulmaq üçün bizim bələdiyyənin
adından yarışacaq komandaya 24 dəst futbol forması və futbol
ayaqqabısı alınmalıdır”, – Marneuli meriyasının
Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman Uşaq Hüquqlarının
Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Nino Dekanoidze tərəfindən
Marneuli merinə yazılmış izahatnamədə qeyd olunub.
Marneuli meriyası bir cüt ayaqqabını 250 lariyə alıb. Ümumilikdə
bələdiyyə “Tsereteli” futbol komandası üçün ayaqqabıların
alınmasına 6000 lari xərcləyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415