Gürcüstan və Çin arasında Orta Dəhlizin inkişafı ilə bağlı saziş
imzalanıb.
Sənədi Gürcüstanın İqtisadiyyat Nazirliyinin rəhbəri Levan
Davitaşvili və Çinin İnkişaf və İslahatlar üzrə Milli
Komissiyasının sədri Çao Çensin imzalayıb.
"Memorandum bizə Çinlə daha sıx ticarət-iqtisadi
əlaqələr qurmaq, əlavə investisiyalar cəlb etmək və Gürcüstan
məhsullarının Çinə ixracını artırmaq imkanı verir. Biz, həmçinin
dəhlizimizə daha çox yük cəlb edə biləcəyik ki, bu da Gürcüstanın
regional qovşaq kimi əhəmiyyətini artıracaq”, - deyə
L.Davitaşvili bildirib.
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan,
həmçinin Türkiyə və Avropa ölkələrindən keçir. Bakı-Tbilisi-Qars
dəmir yolu xətti dəhlizin bir hissəsidir.