Rabitə Komissiyası “Mtavari Kanalı”nı 5000 lari cərimələyib.
Televiziyanın yaydığı məlumatda bildirilir ki, Rabitə
Komissiyasının qərarından məhkəməyə şikayət olunacaq.
“Mtavari Kanalı”nı məlumatına görə, tənzimləyici “Gürcü arzusu”nun
hazırladığı siyasi reklamın yayımlanmaması səbəbindən cərimə kəsib
– kanalın hüquqşünası Tamta Muradaşvilinin sözlərinə görə, klip
mülki şəxslərin nümayəndələrinə aiddir ki, bu da qanuna ziddir,
çünki onlar siyasi subyekt deyillər.
“Konkret hissəsi mübahisəli olan bu klip qanuna ziddir,
xüsusən də siyasi qurum olmayan, yaxud Mərkəzi Seçki Komissiyasında
qeydiyyatdan keçmiş siyasi qurum olmayan vətəndaşlar, yəni vətəndaş
cəmiyyətinin nümayəndələri seçkilərdə iştirak edir. Və
qanunvericiliyə görə, seçkiqabağı reklam elə bir reklamdır ki,
siyasi qurumun özünü, yəni partiyanı təbliğ edir, yaxud başqa
siyasi quruma müdaxilə edir.
“Gürcü arzusu” israr edir ki, bu mesaj bu insanlara qarşı olsun,
onlar cəmiyyətin mənəvi dağıdıcıları kimi təqdim olunurlar, buna
baxmayaraq, Rabitə Komissiyası hesab edib ki, belə bir klip
yayımlanmalıdır”, - Tamta Muradaşvili bildirib.