Gürcüstan Prokurorluğu qrup olaraq tikinti şirkətinin direktoru
və həmin şirkətin direktoru səlahiyyətinə malik olan şəxsə qarşı
dələduzluq yolu ilə külli miqdarda pul əldə etmə faktları üzrə
ittiham irəli sürüb.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma
zamanı müəyyən edilib ki, tikinti şirkətinin direktoru - “Digomi
Tower” MMC və həmin şirkətin direktoru səlahiyyətinə malik olan
şəxs şirkətə məxsus, Diğomidə yerləşən tikilməkdə olan binada
yaşayış mənzillərini vətəndaşlara satıblar. Məlum olub ki, faktiki
olaraq qeyd olunan binalar artıq başqa şəxslər tərəfindən ipoteka
ilə yüklənərək alınıb, bəzi hallarda isə mənzil ümumiyyətlə
tikilməyib. Bu yolla müttəhimlər 73 zərərçəkmişlərə məxsus 4 milyon
163 min 620 lari dələduzluq yolu ilə ələ keçiriblər”,
- prokurorluqdan bildiriblər.
Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları hər iki
təqsirləndirilən şəxsi sentyabrın 12-də saxlayıblar. Onlara qarşı
vəzifə səlahiyyətlərindən istifadə etməklə qrup halında külli
miqdarda dələduzluq törətməkdə ittiham edilib - təqsirləndirilən
şəxslər haqqında artıq həbs qətimkan tədbiri seçilib.