Gürcüstan osetin xalqının soyqırımını, müharibənin başlanmasını və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır - osetin siyasətçisi

Qondarma Cənubi Osetiya Respublikasındakı bir çox qruplar “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilinin “Biz osetinlərin "Vahid Milli Hərəkat" tərəfindən oda qərq olunmasına görə üzr istəməliyik” bəyanatına birbaşa cavab veriblər.



Məsələn, “Vahid Osetiya” partiyasının sədri Atzamaz Bibilov deyib ki, “bunlar yaxşı sözlərdir”.

Bu osetin siyasətçinin fikrincə, “Gürcüstan ilk növbədə osetin xalqının soyqırımını tanımalı, eləcə də Cənubi Osetiya Respublikasının dövlət müstəqilliyini tanımalıdır. Bax, o zaman belə bəyanatların səmimiliyinə inanmaq olar”.

“Əslində Gürcüstan tərəfi Cənubi Osetiya ilə Gürcüstanın
dövlət sərhədinin birgə delimitasiyası və demarkasiyası məsələsində addım atmır. […]
Gürcüstan ilk növbədə 1920, 1989-1992-ci illərdə osetin xalqının soyqırımını tanımalı, həmçinin gücdən istifadə etməmək haqqında sənədi imzalamaqla Cənubi Osetiya Respublikasının dövlət müstəqilliyini tanımalıdır və bundan sonra bu cür bəyanatların səmimiliyinə əmin ola bilərik”,
- Bibilov bildirib.

Bibilov hesab edir ki, İvanişvilinin bəyanatı yalnız qarşıdan gələn seçkilərə görə verilib. Bunun əksini sübut etmək üçün “Gürcüstan Cənubi Osetiya ərazisində müharibəyə başlamaqda və hərbi cinayətlər törətməkdə öz günahını etiraf etməlidir və yalnız bundan sonra deyə bilərik ki, bu üzrxahlıq gürcü siyasətçilərinin ağzından səmimi şəkildə eşidilir”.

“Vahid Osetiya” özünü elan etmiş Cənubi Osetiya Respublikasının eks-prezidenti Anatoli Bibilovun müxalifət partiyasıdır, onun ideoloji nüvəsi “Şimali və Cənubi Osetiyanın Rusiya Federasiyasında birləşdirilməsi”dir.

 

Print Email
FaceBook Twitter Google