ABŞ Gürcüstan xüsusi təyinatlılarının rəhbəri Zviad
Xarazişviliyə (Xareba), onun müavini Mileri Laqazauriyə, həmçinin
rusiyayönlü Alt-info hərəkatının liderləri Koki Morqoşia və Zura
Maxaradzeyə qarşı sanksiyalar tətbiq edib.
ABŞ Dövlət Departamenti bununla bağlı bəyanat yayıb.
Buna səbəb "demokratiyanın sarsıdılması, dinc etirazların
vəhşicəsinə yatırılması və siyasi opponentlərin təqib edilməsi"
göstərilir.
Dövlət Departamenti bəyanatında bu şəxslərin "Gürcüstan xalqının
əsas azadlıqlarını
məhdudlaşdırmaq üçün öz səlahiyyətlərindən
sui-istifadə etdiklərini" vurğulayıb.
Qeyd edək ki, bundan başqa, ABŞ Dövlət Departamenti Gürcüstan
hökumətinin və parlamentinin 60-dan çox nümayəndəsi, o cümlədən
onların ailə üzvləri üçün viza məhdudiyyəti qoyub.