Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra
yaxşılaşacaq.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Müəyyən çətinliklər var, lakin mən inanıram ki,
Ukraynada müharibə bitən kimi bütün problemlər həllini tapacaq və
münasibətlər normal çərçivəyə qayıdacaq. Ukraynada müharibənin
gələn il bitəcəyinə böyük ümid və inamımız var. Müvafiq olaraq,
Gürcüstan hökuməti ilə tərəfdaşlarımız arasında münasibətlər də
gələn ildən keyfiyyətcə yaxşılaşacaq”, - Kobaxidze
bildirib.