Natia Okropiridze 3 azyaşlı övladı və həyat yoldaşı ilə birlikdə
2008-ci ildə Rusiyanın Gürcüstana hücumundan sonra məcburi köçkün
statusu ilə yaşamaq üçün Marneuliyə köçüb.
Natia Bidzina İvanişvili tərəfindən Qoridə, 14 sentyabr tarixində
edilən bəyanata görə özünü təhqir edilmiş hiss edir. “Gürcü
Arzusu”-nun lideri çıxışında bildirib ki,
“biz mütləq
özümüzdə güc tapacağıq ki, “Milli Hərəkatın” tapşırığa uyğun
olaraq, 2008-ci ildə bizim osetin bacı və qardaşlarımızı atəşə
atmasına görə üzr istəyə bilək”.
Natia Kiçik Liaxvidə, Disev kəndində yaşayırmış. O, bildirir ki,
İvanişvilinin bəyanatı bütün gürcülər üçün, xüsusilə də öz ailə
üzvlərini, doğma evlərini itirmiş məcburi köçkünlər üçün
təhqiredicidir.
“Qoridə edilmiş bəyanat mənim üçün bir gürcü, həm də
məcburi köçkün olaraq ilk növbədə təhqiredici idi. Həmişə uca səslə
bəyanatlar etməkdən çəkinirəm. Amma bu kulminasiya idi. Həqiqətən,
susmaq və göz yummaq olmazdı və bunu bacarmazdım da.
Orada dayanan və alqışlayan bütün adamlara, xüsusilə də Qori
sakinlərinə qəzəblənirəm. Bilmirəm, bir gürcünü onu təhqir edəni
alqışla qarşılamağa nə məcbur edə bilər. Ürəyim ağrıyır. Çox
ağrıyır və başımda yalnız bir sual fırlanır. Nə üçün, nəyə görə üzr
istəməliyik?
Övladlarımın doğma məkanının olmaması üçün üzr istəyim? Məhv
edilmiş kəndimiz və yandırılmış evlər üçün? Ailə üzvümə benzin
töküb əziyyət verirdilər. Gözü qarşısında yandırılmış kibrit
fırladırdılar ki, səni yandıracağıq, kişinin ürəyi yatdı, öldü.
Buna görə üzr istəyim? Üç körpə uşaqla açıq səma altında qaldım və
öz ölkəmdə məcburi köçkünə çevrildim, bunun üçün üzr istəyim? Cənab
İvanişvili mənə cavab versin. Mənim uşaqlarımın başının üstündən
güllələr keçirdi, yoxsa onun uşaqlarının? Onda harada idi, kimin
gülləni birinci atdığını və osetin “qardaşları”, yaxud bizi alova
atanın kim olduğunu belə yaxşı bilir. Ayıbdır! Bu qədər təhqir
etmək yetər!” – Natia Okropiridze bildirir.
2008-ci il Rusiya-Gürcüstan müharibəsində həlak olmuş qəhrəmanların
ailə üzvləri Bidzina İvanişvilinin bəyanatına münasibət
bildiriblər. Həlak olmuş döyüşçülərin həyat yoldaşları qeyd edirlər
ki, onlar həyat yoldaşlarının özlərini fəda etməsinə görə üzr
istəməyəcəklər.
Rusiya ordusunun Gürcüstanın suveren ərazisinə hücumu 2008-ci ilin
7 avqust tarixində artıq başlamışdı. Müharibədə 411 nəfər Gürcüstan
vətəndaşı həlak oldu. Onlardan 228 nəfəri dinc sakin, 14 polis, 169
isə hərbçi idi. Müharibə zamanı 1747 nəfər yaralanıb. Təxminən 150
000 şəxs evini tərk edib, onlardan 30 000-ə yaxını bu gün də
məcburi köçkündür.
2008-ci ilin avqust müharibəsi nəticəsində Gürcüstan 189 kəndə
nəzarəti itirib, onlardan 125 bu günə qədər yenə də işğal rejimi
altındadır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415