Daxili İşlər Nazirliyi: Gürcüstanda qanunsuz yaşayan 5 nəfər xarici ölkə vətəndaşını həbs etdik

Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstanda qanunsuz yaşayan 5 xarici ölkə vətəndaşı həbs edilib.



Agentliyin məlumatına görə, saxlanılanlar Nigeriya Federativ Respublikası, İraq, Pakistan, Türkiyə və Misir vətəndaşlarıdır.

“Saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunu nəzərə alınmaqla qanuni əsas olmadan ölkə ərazisində olduqları müəyyən edilib.

Onlar ölkədən könüllü getməyi nəzərdə tutan
deportasiya qərarında müəyyən edilmiş müddətlərdən istifadə etməyib, nəticədə adıçəkilən şəxslərin saxlanılması barədə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən qərar qəbul edilib.

Qərarın icrası məqsədilə hazırda saxlanılan şəxslər mənşə ölkəsinə qayıtmaq üçün Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib”,
- deyə məlumatda bildirilir.
Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google