British Airways Gürcüstana daxil olur
2025-ci ildən Böyük Britaniyanın flaqmanı - "British Airways" Gürcüstanın aviasiya bazarına daxil olacaq.

Bu barədə Aeroportlar İttifaqı məlumat yayıb.

“Gürcüstan Hava Limanları İttifaqı Avropanın ən böyük aviaşirkətlərindən biri ilə bir illik intensiv danışıqları uğurla başa çatdırıb. Nəticədə Böyük Britaniya və Gürcüstan paytaxtları birbaşa hava yolu ilə bir-biri ilə birləşdiriləcək.

2025-ci il martın 30-dan etibarən
London-Tbilisi-London istiqamətində birbaşa müntəzəm reyslər həftədə 4 tezliklə yerinə yetiriləcək”,
- Hava Limanları İttifaqından bildiriblər.

Aviaşirkətin www.ba.com saytından biletləri artıq əldə etmək mümkündür. “British Airways” 50 il əvvəl yaradılmış brenddir, amma aviaşirkətin 100 ildən çox fəaliyyət tarixi var.

"American Airlines" ilə birlikdə British Airways "SkyTeam" və "Star Alliance"-dan sonra dünyada üçüncü ən böyük alyans olan "OneWorld" qlobal hava yolları alyansının həmtəsisçisidir. "American Airlines" ilə sıx əməkdaşlıq "British Airways" sərnişinlərinə London vasitəsilə ABŞ-ın müxtəlif şəhərlərinə tranzit uçuşlar həyata keçirməyə imkan verir. “British Airways” dünyanın 65 ölkəsində 190-dan çox istiqamətə uçuşlar həyata keçirir. Aviaşirkətin əsas bazası Avropanın ən işlək hava limanlarından biri olan London Hitrou hava limanında yerləşir”, - ittifaqdan bildirilib.

Mənbə: Netgazeti


Print Email
FaceBook Twitter Google