"Kovidə yoluxduğum təsdiqləndi" - Kobaxidze proqramın təqdimatının təxirə salınmasının səbəbini açıqlayıb

Hökumət administrasiyasında baş nazir İrakli Kobaxidze səhhəti ilə bağlı sualı cavablandırıb.



Baş nazirin sözlərinə görə, o, koronavirusa yoluxub və bu, “Gürcü Arzusu” seçki proqramının təqdimatını gecikdirməyə səbəb olub. Təqdimat oktyabrın 1-nə planlaşdırılmışdı.

"Kovidə yoluxduğum təsdiqləndi, dünən testdən keçdim və nəticəyə görə mən artıq yoluxucu deyiləm, artıq virusum yoxdur və bu gündən işləyə bilərəm... Kovidə yoluxmuşdum,
bayıra çıxa bilməzdim",
- Kobaxidze bildirib.

İrakli Kobaxidze sentyabrın 27-də Tbilisidə, Qəhrəmanlar meydanında, Suxuminin süqutu günü və sentyabrın 28-də Telavidə “Gürcü Arzusu” seçki kampaniyasının regional tədbirində ictimaiyyət qarşısında çıxış edib.

Baş nazirin sözlərinə görə, “Gürcü Arzusu” seçki proqramının təqdimatı oktyabrın 8 və ya 9-da keçiriləcək.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Deputatlar yalnız proporsional sistemlə seçiləcək. Parlament üzvlərinin mandatları 5 faizlik baryeri keçən siyasi partiyalara paylanacaq.

 

Print Email
FaceBook Twitter Google