Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı
Qazaxıstanda keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edib.
Teatrdan “Marneuli” radiosuna verilən məlumata görə, teatrın
sənətçiləri Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsərinin
motivləri əsasında hazırlanmış tamaşa ilə çıxış ediblər.
“Teatrın rəhbəri və əməkdaşları bu il 27 sentyabrdan 1
oktyabr tarixinə qədər Qazaxıstanda keçirilən festivalda iştirak
ediliblər. Tamaşa uğurla nümayiş etdirildi və tamaşaçılar, teatr
ekspertləri tərəfindən böyük maraqla və alqışlarla qarşılandı.
Tamaşa teatr ekspertləri tərəfindən yüksək qiymətləndirilərək
mükafata layiq görüldü”, – məlumatda deyilir.
Səhnə əsərində rolları Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə
Həsənova, Fuad İsfahanlı və Turqay Vəlizadə ifa ediblər.
Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsərinin motivləri
əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru teatrın bədii
rəhbəri və rejissoru Turqay Vəlizadədir.
Qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan
Dram Teatrının qastrol səfəri Gürcüstan Mədəniyyət və İdman
Nazirliyinin maddi dəstəyi ilə reallaşıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415