Şənbə günü, oktyabrın 5-də “Tbilisoba” tədbiri zamanı paytaxtın
meri Kaxa Kaladze 25 nəfəri Tbilisinin fəxri vətəndaşı adı ilə
təltif edib.
Dövlət Mərasimlər Sarayında fəxri vətəndaşların mükafatlandırılması
mərasimi keçirilib.
Bu il Tbilisinin fəxri vətəndaşları sırasına aşağıdakılar əlavə
edilib:
1. Villi Sanyol - məşqçiliyi altında komanda 2024-cü il Avropa
çempionatına vəsiqə qazanan Gürcüstan futbol komandasının
məşqçisi;
2. Qivi
Sixarulidze - aktyor, yazıçı, rəqqas, idmançı;
3. Zurab Kipşidze - aktyor;
4. Zurab Kaxabrişvili - tibb elmləri doktoru, professor və
idmançı;
5. Merab Kiladze - cərrah;
6. Qiorqi Çumburidze - cərrah, ortoped-travmatoloq;
7. Dimitri Bezaraşvili - allerqoloq, tibb elmləri doktoru,
professor;
8. Qizo Qabeskiria - rejissor;
9. Qvanji Mania - coğrafiyaşünas, alim, jurnalist;
10. Bidzina Sonqulaşvili - mühəndis, metro işçisi;
11. Natela Vasadze - pedaqoji elmlər doktoru, professor;
12. Qela Parçukidze - musiqiçi, dirijor, müəllim;
13. Neli Saladze - məşqçi, idmançı;
14. Mzia Apridonidze - musiqiçi, rəssam;
15. Quram Batiaşvili - dramaturq, tərcüməçi, yazıçı, publisist;
16. Kaxa Xoridze - memar, aktyor;
17. Qoqi Marqvelaşvili - rejissor, professor;
18. Tamaz Qoderdzişvili - dramaturq, tərcüməçi, yazıçı,
ssenarist;
19. Neli Kobiaşvili - jurnalist, yazıçı;
20. Vaxtanq Tsuxişvili - memar;
21. Quram Kalandadze - geoloq;
22. Nelli Beraia - rəssam, jurnalist;
23. Tenqiz Qaçeçiladze - müəllim, jurnalist;
24. Teimuraz Lejava - biologiya elmləri doktoru, professor;
25. Olesia Tavadze - rəssam.