KİV-in məlumatına görə, Tbilisidə bir neçə məktəb
boşaldılıb.
Hüquq-mühafizə orqanları “Avropa məktəbi”, eləcə də Mixail
Qruşevski adına 41 saylı Tbilisi ictimai məktəbinin yaxınlığına
səfərbər olunub. Məsələ ilə bağlı şagirdlərin valideynləri
məlumatlandırılır.
Tədris prosesinin nə
vaxt bərpa olunacağı isə aidiyyatı qurumların
nümayəndələri yerindəcə işlərini yekunlaşdırdıqdan sonra məlum
olacaq.
“Tabula”nın məlumatına görə, Tbilisinin “Azad Universitet” və “Azad
məktəb”lərində də tələbə və şagirdlərin təxliyəsi elan edilib.