ABŞ Gürcüstandakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib
ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə qarşıdan gələn seçkilər ərəfəsində mümkün “spontan etiraz aksiyaları” barədə öz vətəndaşlarına xəbərdarlıq edib.

Bununla bağlı səfirliyin müraciəti yayılıb.

“ABŞ vətəndaşlarına 26 oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Gürcüstanda çoxsaylı insanların toplaşması ehtimalına görə ehtiyatlı olmağı və diqqətli olmağı xatırladırıq.

Böyük insan kütlələri qeyri-müəyyəndir, xəbərdarlıq edilmədən aksiya iştirakçılar, hakimiyyət tərəfdarları və polis
arasında qarşıdurmalar, zorakılıq baş verə bilər”,
- ABŞ səfirliyinin müraciətində qeyd edilib.

Xatırldaq ki, bundan öncə Gürcüstan hakimiyyəti seçkilərdən sonra Qərbyönümlü QHT-lər tərəfindən təxribatların ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər