Naməlum şəxslər "Birlik-Milli Hərəkat" Koalisiyasının Qardabani ofisinin banerlərini söküblər – Rəfi Orucov
"Birlik-Milli Hərəkat" Koalisiyasının Qardabanidən olan üzvü Rəfi Orucovun sosial media hesabında yazdığına görə, 7 oktyabr tarixində, gecə saatlarında Qardabanidə yerləşən "Birlik-Milli Hərəkat" partiyasının ofisinə naməlum şəxslər hücum ediblər. Onun sözlərinə görə, naməlum şəxslər ofisin yan tərəflərinə yerləşdirilən banerləri söküblər. Orucov iddia edir ki, bunu hakim partiyanın tərəfdarları ediblər.

“Bu hakimiyyət artıq bilir ki, 26 oktyabr tarixində
məğlub olacaqlar və hirslərini bu cür, ucuz təxribat xarakterli əməllər ilə alırlar. Bu cür çirkin işlərin əmrini alanlara bildirmək istəyirəm ki, seçkidən sonra sizə əmr verənləri tapa bilməyəcəksiniz. Onlar ya ölkədən qaçacaqlar ya da qanun qarşısında etdikləri pozuntulara görə cavab vermiş olacaqlar. Bizi bu cür ucuz təxribatlar dayandıra bilməz, xalq artıq sizin hakimiyyətin sonunu gətirməyə qərarlıdır”,
– Rəfi Orucov bildirib.

Rəfi Orucov onu da qeyd edib ki, artıq hadisə ilə bağlı partiyanın tərəfdarları hüquq mühafizə orqanlarına məlumat veriblər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google