Rus qanunu ləğv olunana qədər Avropa İttifaqı ilə münasibətlərdə irəliləyiş olmayacaq - Urmas Paet
Avropa Parlamentinin üzvü Urmas Paeti bəyan edib ki, rus qanunu ləğv edilənə qədər Gürcüstan Avropa İttifaqı ilə münasibətlərində irəliləyiş əldə edə bilməyəcək.

O, bunu Avropa Parlamentində Gürcüstanla bağlı qətnamənin müzakirəsi zamanı deyib.

“Əhalinin əksəriyyəti Gürcüstanın gələcəyini Avropada görmək istəyir. Ona görə də Gürcüstan namizəd statusu alıb. Təəssüflər olsun ki, hökumət bunun əleyhinə fəaliyyət göstərir. Son illər Gürcüstan
Avropa İttifaqından ayrılıb və Rusiyanın təsiri artıb.


“Şəffaflıq haqqında” qanunun və digər qanunların qəbul edilməsində məqsəd tənqidi səslərə hücum etmək, media və söz azadlığını məhdudlaşdırmaqdır. Aydındır ki, bu qanunvericilik ləğv olunmayana qədər Aİ ilə münasibətlərdə irəliləyiş olmayacaq.

Həmçinin Gürcüstanın bugünkü dünyada Rusiyaya münasibəti göstərir ki, Gürcüstan Avropa Birliyinin xarici siyasətinə əməl etməyə hazır deyil. Lakin [vəziyyəti tərsinə çevirmək üçün] hələ gec deyil”, - Avropa Parlamentinin deputatı bildirib.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google