Avropa Parlamentinin üzvü Marketa Qreqorova bildirib ki, Avropa
İttifaqı
Gürcüstana verilən viza liberalizasiyasını və namizəd statusunu
geri ala bilər.
“Gürcüstan üçün ürəyimdə həmişə xüsusi yerim olub. Gürcüstanın
Avropa gələcəyinə böyük ümidlər bəsləyirdim, lakin Gürcüstan
hökumətinin başqa planları var imiş.
Onların əməlləri və qəbul etdikləri silsilə qanunlar sübut
edir ki, hökumət heç bir şəkildə Avropalı gələcək ilə maraqlanmır.
[..] Biz [Gürcüstana] namizəd statusu verdik. Biz onu geri ala
bilərik. Biz viza liberallaşdırılmasını verdik və onu geri də ala
bilək! Fərdi sanksiyaların qəbulunu təxirə saldıq ki, Gürcüstanı
onun işğalçısı Rusiyaya verməyək. Amma biz Gürcüstanı
itiririk!”, - Qreqorova bildirib.