Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir
Gürcüstan nümayəndə heyəti AŞPA-nın gündəliyinə Azərbaycanın qatılmadığı debatların daxil edilməsinə etirazını bildirib.

Bunu Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Qivi Mikanadze deyib.

Q.Mikanadze Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesini də şərh edib: "Bu saziş təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün sülh mühitinin formalaşması üçün vacibdir, çünki bu region üçün effektiv təminatlar
yaradacaq".


Onun sözlərinə görə, Gürcüstan sülh sazişinə gətirib çıxara biləcək istənilən prosesdə vasitəçi kimi çıxış etməyə hazırdır.

“Biz mümkün qədər tez sülh sazişinin imzalanmasını gözləyirik, Gürcüstan həmişə sülhün vacib olduğu yanaşmaya sadiqdir və öz töhfəsini verməyə hazırdır”, - Mikanadze vurğulayıb.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırmaq qərarını elan edib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google