Belarusun avtoritar lideri Aleksandr Lukaşenko Moskvada keçirilən
sammitdə “MDB ailəsini” əvvəlki tərkibində bərpa etmək istədiyini
bildirib.
“Yaxşı olardı ki, Gürcüstan bizim ailəmizə qayıda,
Moldova tam hüquqlu iştirakını bərpa edə, Ukrayna hökuməti bizim
iştirak etməli olduğumuz normal həyatı bərpa etmək üçün özünə
gələydi. Mən tam əminəm ki, olacaq. Bu, sadəcə, vaxt
məsələsidir”, - “Belta” agentliyi Lukaşenkodan sitat
gətirir.
Lukaşenka vurğulayıb ki, ölkələr birlikdə sahib olduqları şeylərə
diqqətli olmalıdırlar.
"Bizim birliyimizi pozmayanların hamısı bu gün layiqli
nəticələr göstərir. Onlar öz ölkələrini idarə etməyi itirməyiblər,
beynəlxalq münasibətlərin tamhüquqlu subyektləri olaraq
qalırlar", -
Lukaşenka bildirib.
Bundan əvvəl Lukaşenka bildirib ki, Gürcüstan Qərbin vədlərindən
“doydu” və onun kursu dəyişir.
“Məsələn, Gürcüstan. Onun siyasətində dəyişiklik
görürsünüz. Onlar qərbin vədlərindən bezib, dönə-dönə bizim bazara
qayıtmaq istəyirlər. Çünki sizi süd, ət və ya şərabla öz
bazarlarına buraxmayacaqlar”, - Lukaşenka 2023-cü
ildə deyib.
Gürcüstan hakimiyyəti Rusiya ilə mövqelərinin yaxınlaşmasına
baxmayaraq, hədəflərinin 2030-cu ilə qədər Avropa İttifaqına daxil
olmaq olduğunu bəyan edir.
Gürcüstan 2008-ci il müharibəsindən sonra MDB-dən çıxmaq qərarına
gəlib. Onun üzvlüyünə 2009-cu il avqustun 18-də rəsmi xitam
verilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415