Parlamentin spikeri Şalva Papuaşvili “Gürcü arzusu” partiyasının
ofisində keçirilən brifinqdə Avropa Parlamentində
müzakirə olunan Gürcüstanla bağlı qətnamə layihəsi barədə danışıb.
Qətnamə ilə bağlı danışarkən o, Aİ səfirinin “Gürcü arzusu”
bannerlərini dəyərləndirərkən dediyi sözləri işlədib. Papuaşvilinin
sözlərinə görə, bu sənəd “qeyri-adi, biabırçı və iyrəncdir”.
“Avropa Parlamentinin bu gün qəbul edəcəyi qətnamə həm
ruh, həm də məzmun baxımından bizim adət etdiyimiz məyusluğu xeyli
üstələyir...
Bidzina İvanişviliyə qarşı sanksiyaların tələb olunduğu qətnamənin
mətni narahatlıq doğurur... Görünür, qətnamə müəllifləri Bidzina
İvanişviliyə olan obsesif maraqlarının artıq ciddiliyini itirdiyini
anlayırlar və bu dəfə baş nazir İraklinin Kobaxidzenin adını
çəkirlər”, - Şalva Papuaşvili bildirib.
Parlament sədri bu qətnamənin irəli sürülməsini, eləcə də
Gürcüstanın tərəfdaş ölkələrinin rəhbərlərinin bəyanatlarını
seçicilərin seçki iradəsinə təsir etmək cəhdi kimi
qiymətləndirir:
“Aydındır ki, Avropa Parlamentinin ayrı-ayrı
qruplarının seçkilərə bir neçə gün qalmış qətnaməyə təşəbbüs
göstərməsi seçicilərin iradəsinin formalaşmasına təsir göstərmək
cəhdidir ki, bu da bizim ümumi Avropa dəyərlərimizə qəti şəkildə
ziddir...
Mən bir daha bütün xarici aktorları qaydalara əsaslanan beynəlxalq
nizamın təməl prinsiplərindən biri olan seçkilərin kənar
təsirlərdən azad keçirilməsinin suveren hüququna hörmət etməyə
çağırmaq istərdim”.
Avropa Parlamentində Gürcüstanla bağlı daha bir qətnamə müzakirə
olunur. Bu gün, oktyabrın 9-da Avropa Parlamenti bir neçə siyasi
qrupun “Gürcüstanda son bir ildə demokratiyanın eksponent şəkildə
azalmasından ciddi narahatlığını” ifadə edən birgə qətnaməsinə səs
verəcək.
Qətnamənin bəndlərindən biri Aİ və onun üzv dövlətlərini “aşağıdakı
bütün şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır:
- Gürcüstanda demokratiyanın təməlinin qazılmasına
cavabdeh;
- Siyasi rəqiblərə və dinc etirazçılara qarşı zorakılıq
törədən;
- Anti-Qərb dezinformasiyasının yayılmasına dəstək
olan”.
Avropa Parlamenti qətnamə layihəsi ilə “Rusiyanın Gürcüstanda artan
təsirindən dərin narahatlığını” ifadə edir və Avropa Parlamenti
Gürcüstan hökumətini aşağıdakılara çağırır:
- Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab
olaraq ona qarşı sanksiyalar tətbiq etmək;
- İşğal olunmuş ərazilərin tanınmaması siyasətini davam
etdirmək;
- Avropa sanksiyalarından yayınmanın qarşısını almaq üçün
tədbirlərin səmərəli həyata keçirilməsi öhdəliyinə hörmət
etmək;
- Gürcüstan hökumətini Aİ-nin xarici siyasətinə və Aİ-nin
Rusiyaya qarşı strategiyasına tam qoşulmağa çağırır.
Bu, müstəqil Gürcüstan tarixində ilk dəfədir ki, Avropa Parlamenti
Gürcüstan hökumətini Rusiya tərəfindən işğal olunmuş öz ərazisini
tanıma siyasətinə sadiq qalmağa çağırır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415