Siyasi birliklər arasında “Gürcü Arzusu” iqtidar partiyası bu il
seçkiqabağı ən çox ianə alıb.
Avqust ayına olan göstəricilərə görə, onların hesabında 1 758 000
lari dəyərində ianə qeydə alınıb.
Məqsədi adından da göründüyü kimi rüşvətxorluğa qarşı mübarizə olan
Rüşvətxorluqla Mübarizə Bürosu partiyaların ianələrini qeydə alır.
İanəçilərin kimliyi açıqdır ki, bu da bizə bu və ya
digər partiyaya
ianə verən şirkətin və ya şəxsin hansı maraqlarının olduğunu qeydə
almağa imkan verir.
“Marneuli” radiosu iqtidar partiyasının ianəçiləri siyahısında
“Gürcü arzusu”-nun Marneulidən olan nümayəndələrinin və ya onlarla
əlaqəli şəxslərin olub-olmaması ilə maraqlanıb.
Qeyd edək ki, 2012-ci ildən bəri ianələrin siyahısı Rüşvətxorluqla
Mübarizə Bürosunun saytında qeyd olunur. “Gürcü Arzusunun” Milli
Hərəkatı demokratik yolla məğlub etdiyi vaxtdan.
Nə qədər təəccüblü olsa da, ianəçilər siyahısında Parlamentin
“Gürcü Arzusu”ndan olan bir üzvü də tapılmadı – nə indiki, nə də
keçmiş. 2012-ci ildən proporsional siyahı üzrə deputat kürsüsündə
əyləşən
Mahir Dərziyev, majoritar deputatlar Əli Məmmədov,
Ruslan Hacıyev, Tamaz Naveriani, Savalan Mirzəyev, Zaur
Darğallı ianə etməyib. Nə özünüidarə məmurlarının
partiyanın mənafeyini müdafiə etdiyini, nə də keçmiş merləri –
Temur Abazovu, keçmiş mer kimi Zaur Darğallını və ya
hazırkı Kənan Ömərovu görməyəcəksiniz. İanəçilər arasında
Marneuli Bələdiyyə Məclisinin sədri də qeydə alınmayıb.
Biz 2012-ci ildən indiyədək pulun kimə ianə edildiyi haqqında
məlumatları götürdük. Marneulililəri müəyyən etmək üçün biz şəxsi
nömrənin ilk dörd rəqəmindən, 2800-dan istifadə etdik ki, bu da
şəxsin Marneuli bələdiyyəsində doğulmasını göstərir.
Qeyd edək ki, 2022-ci ildən sonra heç bir Marneuli sakini siyasi
partiyaya pul köçürməyib.
Şəxslərin adlarını və bağışlanan pulun məbləğini sizə təqdim
edirik:
2021-ci
il:
- “Gürcü Arzusu-Demokratik Gürcüstan” Hüseynəli Gəncəyev
– 5 000.00 lari
- “Gürcü Arzusu Demokratik Gürcüstan” – Aqil Əmircanov –
2 200.00 lari
Aqil Əmircanov 2023-cü ildən Marneuli meriyasının Əmlakın
İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin rəhbəridir.
2020-ci
il:
- “Gürcü Arzusu Demokratik Gürcüstan” –
21/09/2020 Paata Şubitidze – 60 000.00
Paata Şubitidze “Ktsia” MMC-nin sahibidir. Bu şirkət yol çəkilməsi
layihələrində Marneulidə ən çox tender qazanan şirkətdir. Eləcə də
Paata Şubitidze Marneuli merinin müavini Temur Şubitidzenin
atasıdır.
2019-cu ildə ianə qeydə
alınmayıb
2018-ci
il:
2018-ci ildə “Gürcü Arzusu” partiyası prezident seçkilərində Salome
Zurabişvilinin namizədliyini açıq şəkildə dəstəkləyib. Marneulidə
qeydiyyatda olan şəxslərin partiyaya ianələri qeydə alınmır,
baxmayaraq ki, Salome Zurabişvilinin müstəqil namizəd kimi hesabına
Marneulidən iki ianə olub.
- Salome Zurabişvili müstəqil namizəd 26/11/2018 Adil
Əliyev - 8 000,00 lari
Adil Əliyev “Gürcü Arzusu” partiyasının siyahısından Marneuli
Bələdiyyə Məclisinin deputatıdır.
- Salome Zurabişvili müstəqil namizəd – Tamar Kaldani –
500,00 lari
2017-ci
il:
- İrakli Boçorişvili – 2 900,00 lari
- Şükür Abbasov – 67,50 lari
- Aqil Əmircanov – 45,00 lari
2023-cü ildən Marneuli meriyasının Əmlakın İdarəolunması və
Maddi-Texniki Təminat Xidmətinin rəhbəridir.
2016 –cı
il:
- İntiqam İsmayılov – 33 000.00 lari
- Vasil Xaxulaşvili – 20 000.00 lari
“Gürcü Arzusundan” Marneuli Bələdiyyə Məclisinin üzvü
2015 –ci
il:
- İrakli Xorbaladze 10 000.00
2014-cü
il
- İntiqam İsmayılov - 35 000.00 lari
- Elçin Heydərov - 400.00 lari
- Elçin Heydərov - 220.00 lari
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415