Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa
Parlamentinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışını
“utancverici və iyrənc” adlandırıb.
Bu məsələ ilə bağlı Ş.Papuaşvili partiyanın ofisində mətbuat
konfransı keçirib və belə bir qətnamənin seçkilərə az qalmış qəbul
edilməsini “seçicilərin iradəsinin formalaşmasına təsir etmək
cəhdi” adlandırıb.
Onun sözlərinə görə, qətnamənin Bidzina İvanişviliyə qarşı
sanksiyalar tətbiq edilməsi çağırışını ehtiva edən
hissəsi hiddət
doğurur, Mixail Saakaşvili ilə bağlı yazılanlar isə
utancvericidir.
Eyni zamanda, Papuaşvili xarici oyunçuları
“seçkilərin
xarici təsirdən azad şəkildə keçirilməsi suveren hüququ"na
hörmət etməyə çağırıb.
“Avropa Parlamentinin Gürcüstanla bağlı dünən müzakirə
etdiyi və bu gün qəbul edəcəyi sənəd Ukraynada müharibə başlayandan
bəri dördüncü qətnamədir. Gürcü xalqı artıq qəbul edib ki, Avropa
Parlamentinin son qətnamələri şəxsi hücumlar və saxta cəhdlərlə
xarakterizə olunur", - deyə o bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415