“Gürcü arzusu”nun baş katibi Kaxi Kaladze bildirib ki, Almaniya
Bundestaqının qətnaməsinin heç bir dəyəri yoxdur.
O, həmçinin iddia edib ki, Gürcüstan hakimiyyəti ölkədə “ikinci
cəbhə” açmaq üçün şantaj edilir.
Qətnamə ilə alman deputatlar Gürcüstanın Aİ-yə qoşulması prosesini
dəstəkləsələr də, “Gürcü arzusu”nun “avtoritar və anti-Avropa
kursunu” kəskin tənqid edirlər. Qətnamə layihəsində həmçinin tələb
olunur ki, rus qanunu
qüvvədə olduğu müddətdə Gürcüstanın Avropa
İttifaqına qoşulması prosesində irəliləyiş olmasın.
“Bu qətnamələrin heç bir dəyəri yoxdur. Reallıq bir
şeydir - Gürcüstan hökuməti kabinetlərdə birbaşa şantaj edilib, mən
tam məsuliyyətlə deyirəm, bu, ölkədə ikinci cəbhə açmaq və
sanksiyalara qoşulmaq üçün əl-qol burma cəhdi idi”, -
Kaladze bildirib.
Kaladzenin sözlərinə görə, “bir şey sevindiricidir ki, onlar artıq
rəsmən sanksiyalarla bağlı qətnamədə yazıblar, bizi sanksiyalara
qoşulmağa çağırırlar. Onun iddiasına görə, sanksiyalara qoşulmaq
istəyinin səbəbi Gürcüstan hökumətinə ziyan vurmaq olub.
“Biz sanksiyalar tətbiq etsəydik, bundan kim zərər
çəkərdi? Sadə vətəndaşlar, kəndlilər, kiçik və orta sahibkarlar
zərər görəcək, iqtisadiyyatımız zərər görəcək. Biz bununla Rusiyanı
zəiflədə bilməzdik və məqsəd Gürcüstan hakimiyyətinə ziyan vurmaq
idi. İnsanlar niyə bizi seçdilər? - Çünki biz gürcüyönlü, praqmatik
siyasət aparırıq və ilk növbədə ölkəmizin, vətəndaşlarımızın
mənafeyini qoruyuruq. İnsanlar sizi ona görə seçir ki, siz ölkə
üçün faydalı siyasət aparmalısınız, əks halda silaha əl atmağın nə
mənası var? Ən asan işdir, əlinə silah götür, at, amma bunu etmək
üçün axmaq olmaq lazım deyilmi?! Məqsəd ondan ibarət idi ki, əgər
biz səhv qərar qəbul etsək və insanları bədbəxt etsəydik, insanlar
bu halda bizim üstümüzə gələcək və bunun üçün qanuni hüquqa malik
olacaqdılar”, - Kaladze bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415