Seçki administrasiyası Tetritskaro və Qori rayon məhkəmələrinin
qərarlarından apellyasiya məhkəməsinə şikayət edir.
MSK-nın bəyanatında qeyd edildiyi kimi, seçki administrasiyası
Tetritskaro rayon məhkəməsinin Tsalka və Tetritskaro
bələdiyyələrinin seçki məntəqələrinin nəticələrinin ləğvi barədə
qərarını əsassız hesab edir və bunu bölüşmür.
“Yuxarıda qeyd olunan qərar birinci instansiya
məhkəmələrində eyni məsələ ilə bağlı bütün digər mübahisələrə açıq
şəkildə ziddir. Müvafiq olaraq, Tetritskaro Rayon Məhkəməsinin
noyabrın 4-də çıxardığı qərardan Apellyasiya Məhkəməsinə şikayət
veriləcək”, - MSK-nın məlumatında deyilir.
MSK səsvermənin gizliliyinin xüsusi çərçivə forması ilə təmin
edildiyini iddia edir.
“Seçki bülleteninin arxasındakı markerin izi, əgər
varsa, çərçivə blankının təyinatını nəzərə alsaq, iradəni müəyyən
edən sayıla bilməz”, - MSK bildirir.
Bundan əlavə, seçki administrasiyası artıq Qori Rayon Məhkəməsinin
qərarından Apellyasiya Məhkəməsinə şikayət verib, qərara əsasən, 32
saylı Qori Dairə Seçki Komissiyası həmin dairədə 15 seçki
məntəqəsinin etibarsız sayılması barədə qərar qəbul edib.
Tetritskaro məhkəməsi GGHA-nın iddiasını təmin edib və səsvermənin
məxfiliyinin pozulmasını təsdiqləyib. Hakim Vladimir Xuçua Tsalki
seçki dairəsinə daxil olan 18 seçki məntəqəsinin və Tetritskaro
seçki dairəsinə daxil olan 13 seçki məntəqəsinin nəticələrini ləğv
edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415