ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın gürcü
xalqının yanında olduğunu bildirib.
O, jurnalistin etirazlar və müxalifətin etirazları fonunda ABŞ-ın
seçkidən sonrakı prosesdə gürcü xalqına dəstəyini davam
etdirib-etməyəcəyi ilə bağlı sualını belə cavablandırıb.
Miller bir daha Gürcüstan hökumətinin hərəkətlərinə cavab olaraq
ABŞ-ın artıq gördüyü tədbirlərdən danışıb və əlavə addımlar da
nəzərdən keçirdiklərini qeyd edib -
“Lazım gəlsə, biz
onlardan istifadə etməkdən çəkinməyəcəyik”.
“Biz gürcü xalqının yanında olduğumuzu açıq şəkildə
ifadə etmişik. Biz onların Avropa İttifaqına daxil olmaq
ambisiyasını dəstəklədiyimizi və gələcəkdə Avro-Atlantik
tərəfdaşlarla inteqrasiyasının tərəfdarı olduğumuzu açıq şəkildə
bildirdik.
Bildiyiniz kimi, Gürcüstan hökumətinin [Amerikadan] aldığı kifayət
qədər böyük məbləğdə maliyyə yardımı nəzərdən keçirilir və bu
yardımın 95 milyon dolları dayandırılıb.
Bu, onların [Gürcüstan hakimiyyətinin] atdığını gördüyümüz
addımlarla bağlıdır. Biz ata biləcəyimiz əlavə addımları nəzərdən
keçiririk və lazım gələrsə, onlardan istifadə etməkdən
çəkinməyəcəyik”, - Metyu Miller bildirib.
Metyu Miller, dövlət katibi Entoni Blinken və Amerika prezidenti Co
Bayden Gürcüstanda keçirilən parlament seçkilərinə münasibət
bildiriblər. Onların hamısı seçki pozuntularından, onların
araşdırılmasının zəruriliyindən danışır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415