Qori məhkəməsi 14 məntəqənin ləğvi üçün verilən iddianı rədd edib

Qori rayon məhkəməsi “Mənim səsim” monitorinq missiyasının seçki məntəqələrinin nəticələrinin etibarsız sayılması ilə bağlı iddiasını təmin etməyib.



32-ci Qori seçki dairəsinin müşahidə missiyası 14 seçki məntəqəsinin ləğvini tələb edib, çünki iddiaçıların fikrincə, bu məntəqələrdə seçicilərin konstitusion hüququ pozulub.

5 saat davam edən prosesdə iddiaçılar iki vəsatət qaldırıblar. Birincisi, hər hansı seçki məntəqəsindən seçki bülletenlərinin təqdim edilməsi
və səsvermə sirrinin təmin edilib-edilməməsi məsələsinin yerindəcə müəyyənləşdirilməsi məqsədilə səsvermə eksperimentinin aparılması ilə bağlı idi. İkinci vəsatət kimi isə birbaşa seçki məntəqələrində olan və seçki məntəqələrində baş vermiş qanun pozuntularını qeydə almış müşahidəçilərin şahid qismində dindirilməsini xahiş ediblər.

Qori rayon məhkəməsinin hakimi Nino Qoqatişvili vəsatəti təmin etməkdən imtina edib. Məhkəmə prosesində cavabdeh olan Dairə Seçki Komissiyasının rəhbərləri bülletenlərin xüsusi aparata qoyulması zamanı vətəndaşların səslərinin sirrinin qorunduğunu və iddiaçıların mövqeyi ilə razılaşmadıqlarını bildiriblər.

Nəhayət, hakim Nino Qoqatişvili monitorinq missiyasının iddiasını qəbul etməkdən imtina edib.
“Mənim səsim”in nümayəndələri bu qərarı apellyasiya məhkəməsinə şikayət edəcəklər.

 

Print Email
FaceBook Twitter Google