Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və
Polşanın baş naziri Donald Tusk birgə bəyanat yayaraq
Gürcüstandakı mövcud siyasi vəziyyətdən narahat olduqlarını
bildiriblər.
Makron, Şolz və Tusk Veymar Üçbucağı formatının üzvləri kimi
bəyanat yayaraq bildirirlər ki, Gürcüstan müvafiq islahatları
həyata keçirməsə, onun Avropa İttifaqına daxil olması ilə bağlı
danışıqların başlanmasını dəstəkləyə bilməzlər.
“Əgər Gürcüstan indi atdığı addımlardan dönməsə və
nəzərəçarpacaq islahatlar aparmağa çalışdığını göstərməsə, biz
Gürcüstanla danışıqlar prosesinin açılmasına dəstək verə
bilməyəcəyik. Bu, xüsusilə Avropa Birliyinin dəyər və prinsiplərinə
zidd olan qanunların ləğvinə aiddir”, - deyə Avropa
liderləri bildiriblər.
Üç Avropa dövlətinin liderlərinin bəyanatı 50-yə yaxın Avropa
liderinin Budapeştdə toplaşdığı bir vaxtda verilib. Cümə axşamı və
cümə günü Avropa liderlərinin sammitində Ukraynaya dəstək,
miqrasiya, iqtisadi təhlükəsizlik və Avropa İttifaqının rəqabət
qabiliyyəti məsələləri müzakirə olunacaq.
Görüşdə Gürcüstanla bağlı məsələnin də müzakirəsi planlaşdırılır.
Bu barədə Çarlz Mişelin dəvət məktubunda qeyd olunub.
“Biz Gürcüstanda seçkilərdən sonra ölkədə mövcud olan
vəziyyətə də toxunacağıq və gələcək yolları müzakirə
edəcəyik”, - Şarl Mişelin məktubunda deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415