23 birgə şikayətdən Tbilisi Apellyasiya Məhkəməsi yalnız MSK-nın
tələbini təmin edib.
- Seçki Komissiyası Tetritskaro məhkəməsində Tsalka
elektron seçki məntəqələrində yenidən seçkilərin keçirilməsi
haqqında qərarın ləğv edilməsini tələb etdi.
- Bəzi qeyri-hökumət təşkilatları bəzi məntəqələrdə
bülletenlərin yenidən sayılmasını, “Gürcüstan Gənc Hüquqşünaslar
Assosiasiyası” isə bütün elektron seçki məntəqələrinin
nəticələrinin ləğvini tələb ediblər, çünki təşkilatın məlumatına
görə, səsvermənin gizliliyi pozulub.
Qoça Didava və
Dimitri Qvritişvilinin iştirakı və Davit
Axalbedaşvilinin sədrliyi ilə Apellyasiya Məhkəməsinin kollegiyası
işə 21 saat baxıb. Onlar Tetritskaro məhkəməsində aparılan
eksperimenti təkrar ediblər, bu fərqlə ki, hakim Vladimir Xuçuadan
fərqli olaraq, səsvermənin məxfiliyinin pozulmasını aşkarlaya
bilməyiblər.
Apellyasiya Məhkəməsində seçki iddiaları ilə bağlı məhkəmə
iclasları noyabrın 5-də keçirilməli idi, lakin noyabrın 5-də
müxalifət partiyalarının məhkəmədə keçirməyi planlaşdırdığı etiraz
aksiyası fonunda bütün iclaslar bir-birinin ardınca təxirə salınıb.
Dünən, saat 14:00-da Tbilisi Apellyasiya Məhkəməsində GGHA-nın
Şərqi Gürcüstanda yerləşən Dairə Seçki Komissiyalarına qarşı
verdiyi şikayətlərə baxılacaq növbəti iclas keçiriləcək.
Müxalifət partiyaları və Gürcüstan prezidenti parlament
seçkilərinin nəticələrini saxta elan edərək, onları tanımayıb və
Beynəlxalq Seçki Administrasiyası tərəfindən yeni seçkilərin
keçirilməsini tələb ediblər. Bu seçkilərdə əhalinin 90 faizi
elektron sistemlərdən istifadə edərək səs verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415