Əməkhaqqıları artır, sosial müdafiə və infrastruktur xərcləri azalır – Marneulinin 2025-ci il büdcə layihəsi
Marneuli Bələdiyyə Məclisi 2025-ci il üçün büdcə layihəsini yayımlayıb. Büdcə layihəsinə əsasən, 2025-ci ildə 2024-cü illə müqayisədə Meriya və Bələdiyyə Məclisi işçilərinin əməkhaqqı üçün ayrılan məbləğ artırılıb, sosial proqramlar, təhsil, təmizlik, ətraf mühitin mühafizəsi, infrastrukturun inkişafı üçün ayrılan vəsait isə azaldılıb.

2025-ci ildə Marneuli Bələdiyyəsinin büdcəsində işçilərin əməkhaqqı üçün 9 318 800 lari nəzərdə tutulub ki, bu
da əvvəlki ilin xərcləri ilə müqayisədə 1 009 900 lari çoxdur – 2024-cü ildə işçilərin maaşlarına 8 308 900 lari ayrılmışdı.

2025-ci ilin büdcə layihəsinə əsasən, sosial proqramlara 3 200 000 lari ayrılıb ki, bu da 2024-cü ilin büdcəsində nəzərdə tutulan məbləğdən 649 400 lari azdır.

Sosial proqramlara büdcəsi 1600 lari azaldılan xəstələrin sosial müdafiəsi və 2024-cü illə müqayisədə büdcənin 642,8 min lari azaldıldığı ailələrin və uşaqların sosial müdafiəsi daxildir.

2025-ci ilin büdcəsində təhsilə 7 072 000 lari, 2024-cü il büdcəsində isə 7 868 400 lari ayrılmışdı –buradan 1 668 900 lari dövlət büdcəsindən ayrılıb. 2025-ci ilin büdcə layihəsində dövlət büdcəsindən təhsilə neçə lari ayrılacağı göstərilməyib.

Gələn ilin büdcəsində təmizlik və ətraf mühitin mühafizəsi üçün ayrılan vəsait də azaldılıb. 2025-ci ilin büdcəsinə 4 615 000 lari, 2024-cü ilin büdcəsinə isə 4 995 400 lari nəzərdə tutulub.

2024-cü illə müqayisədə 2025-ci ilin büdcəsində infrastrukturun inkişafına ayrılan vəsait 19 065 100 lari azalıb. 2024-cü il büdcəsinə əsasən, infrastrukturun inkişafı üçün 38 006 100 lari – yerli büdcədən 23 738 700 lari, mərkəzi büdcədən isə 14 267 400 lari ayrılmışdı.

2025-ci ilin büdcə layihəsinə əsasən, infrastrukturun inkişafı üçün 18 941 000 lari ayrılıb. 2025-ci ilin büdcə layihəsində infrastrukturun inkişafı üçün dövlət büdcəsindən nə qədər lari ayrılacağı göstərilməyib.

Marneuli Bələdiyyə Məclisi büdcə layihəsini 7 noyabr tarixində ictimai müzakirələr üçün yayımlayıb. Vətəndaşlar büdcə layihəsinə təkliflərini 25 noyabra qədər verə biləcəklər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google