Tbilisi meri və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze
Gürcüstanda olan
Aİ-yə üzv ölkələrin parlamentarilərini “işsiz-gücsüz” və “zərərli”
adlandırıb.
Kaladzenin fikrincə, belə insanların bəyanatları və hərəkətləri
“saman çöpü qiymətindədir”.
“Bunlar gah bir ölkəyə, gah da başqa ölkəyə gedən işsiz-gücsüz
adamlardır. Müxalifətin mitinqləri, çıxışları olanda onların
gəlişini xatırlayırıq. Bu insanlar özlərini ölkəmizin əhalisinə
necə xatırladıblar? - yalanlarla. Bu gün də yalanı təbliğ etməkdə
davam edirlər. Onların nəyi təmsil etdiklərini hamımız yaxşı
bilirik və dediyim kimi, onların bəyanatlarının heç bir dəyəri
yoxdur”, - deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, nümayəndə heyətinin üzvləri Gürcüstanın
dövlətçiliyinə və gürcü xalqına hörmət etmirlər.
“Avropa İttifaqı müxtəlif dəyərlərə əsaslanır ki, onlardan biri də
sülhdür. Bu insanlar bizimlə Avropa adından danışır və eyni zamanda
ölkədə xaos, gərginlik yaratmaq üçün hər şeyi edirlər. Onlar ümumi
zərərvericilərdir. Bu adamlar ölkəmizə, dövlətçiliyimizə, gürcü
xalqına hörmət etmirlər. Onların bəyanatlarının, hərəkətlərinin,
bir saman çöpü qədər qiyməti var”, - Kaladze
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415