KİV: Trampla Putin arasında telefon danışığı baş tutub
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə "Washington Post" mənbələrinə istinadən yazır.

Qeyd olunur ki, telefon danışığının mövzusu Ukraynadakı münaqişə olub.

Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, Tramp Putinə silahlı münaqişəni gərginləşdirməməyi tövsiyə edib və ABŞ-nin Avropada əhəmiyyətli hərbi mövcudluğunu xatırladıb.

Qitədə sülhün əldə edilməsi müzakirə olunub və Ağ Evin yeni rəhbəri Ukraynadakı müharibənin tezliklə həllini
müzakirə etmək üçün gələcək danışıqlarda maraqlı olduğunu bildirib.

Məlumatlı rəsmilərin verdikləri xəbərə görə, Ukrayna hökuməti Tramp və Putin arasındakı söhbətdən xəbərdar idi və buna etiraz etməyib. Onlar bildiriblər ki, respublikaçının münaqişəni diplomatik yolla həll etmək üçün Putinlə işləyəcəyini çoxdan başa düşüblər.

Bu, 5 gün əvvəl ABŞ seçkisində Respublikaçılar Partiyasının qələbəsindən sonra iki siyasətçi arasında ilk söhbət olub.

Xatırladaq ki, noyabrın 7-də Tramp 70 ölkənin lideri, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışdığını bildirib.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google