İşğal altında olan Abxaziyada Kodori körpüsü açılıb, Qumisti körpüsü hələ də bağlıdır
Rusiyanın işğalı altında olan Abxaziyada yerli müxalifət tərəfdarları Oçamçiri rayonunun Adzyubja kəndi yaxınlığındakı Kodori körpüsünü açıblar.

Mitinq iştirakçılarının yanına de-fakto Abxaziya parlamentinin deputatı Beslan Emurxba və Oçamçiri rayonunun qubernatoru Beslan Biqvava gəlib. Onlar həbsdə olan müxalifətçilərin yaxınlarına yaxın vaxtlarda onların azadlığa çıxacaqlarına söz veriblər.

Körpünün açılışını de-fakto Təhlükəsizlik Şurasının katibi Raul Lolua da təsdiqləyir.

“Kodori körpüsü açılıb. Rayon administrasiyasının başçısı ilə mitinq iştirakçıları arasında aparılan danışıqlardan sonra hərəkat bərpa olunub”, - Lolua “Ta”ya şərhində bildirib.

Telegram kanallarının məlumatına görə, Kodori körpüsündə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Təfərrüatlar məlum deyil.

İndiyədək mitinq iştirakçıları hələ də Suxumiyə aparan əsas yol hissələrini - Qumisti və Kvemo Qumisti körpülərini bağlayıblar.

Qumisti körpüsündə yalnız ictimai nəqliyyata icazə verilir. Körpü hələ də şəxsi avtomobillər üçün bağlıdır.

İşğal olunmuş Abxaziyanın de-fakto prezidentinin informasiya mərkəzi de-fakto Səhiyyə Nazirliyinin rəhbəri Eduard Butbanın təcili yardım maşınlarının təyinat yerinə sərbəst hərəkət edə bilməyəcəyi bəyanatını dərc edir.

Onun sözlərinə görə, tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib, Səhiyyə Nazirliyində “qaynar xətt”
açılıb.

Abxaz müxalifətçiləri Omar Smiri, Qari Kokaia, Almasxan Ardzinba, Ramaz Copua və Aslan Qvaramianın həbsindən sonra işğal olunmuş Abxaziyada etiraz aksiyaları və iğtişaşlar başlayıb.

Abxaziyanın “Xalq Birliyi Forumu” müxalifət partiyasının lideri Aslan Bartsitsin sözlərinə görə, müxalifət fəalları Rusiya ilə Abxaziya arasında bu yaxınlarda imzalanmış “İnvestisiya fəaliyyəti haqqında saziş”in müzakirəsi üçün ictimai toplantının keçirildiyi Qudautidən qayıdırdılar. Bu “müqavilə” rus şirkətlərinə Abxaziyada investisiya layihələrini həyata keçirmək hüququ verir.

De-fakto hakimiyyətin fikrincə, onlar “parlament üzvünə qarşı qanunsuz hərəkətlər ediblər”. Telegram kanallarının verdiyi məlumata görə, söhbət deputat Alma Aqabadan gedir.

Hadisə çox güman ki, deputatın Rusiya-Abxaziya investisiya sazişini dəstəkləməsi ilə bağlıdır. Abxaziyanın de-fakto parlamenti sənədi noyabrın 15-də təsdiq etməyi planlaşdırır.

Yerli müxalifət nümayəndələri investisiya sazişinin ratifikasiyasına qəti şəkildə qarşı çıxıblar və sənədə baxılan gün nümayiş keçirməyi planlaşdırıblar.

Noyabrın 12-də gecə saatlarında işğal olunmuş Abxaziyadakı gərgin vəziyyətlə əlaqədar qondarma prezident Aslan Bjaniya qondarma Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Abxaziyanın “Apsnipress” “dövlət agentliyinin” məlumatına görə, “respublika magistralının qanunsuz bağlanması ilə bağlı yaranmış vəziyyət”lə əlaqədar keçirilən iclasda “hüquq-mühafizə orqanlarının rəhbərləri” Bjaniaya qanunsuz yolların qarşısını almaq üçün tətbiq edəcəkləri tədbirlər barədə məruzə ediblər.

Noyabrın 12-də Aslan Bjania təcili bəyanat yayaraq insanları sakit olmağa çağırıb:

“Təxribatlara tabe olmayın. Abxaziya Respublikasının hüquq-mühafizə orqanları ölkədə təhlükəsizliyi və qanunçuluğu təmin etmək üçün kifayət qədər gücə və resurslara malikdir”, - deyə o bildirib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google