Qızılhacılı uşaq bağçasına təbii qaz şəbəkəsinin quraşdırılması üçün sadələşdirilmiş müqavilə bağlanıb
Marneuli yerli özünüidarəsi Qızılhacılı kənd uşaq bağçasına təbii qaz şəbəkəsinin quraşdırılması xidmətini sadələşdirilmiş qaydada “Mamed” MMC-dən alıb.

Marneuli meriyası “Mamed” MMC-yə bağça binasında təbii qaz şəbəkəsini quraşdırmaq üçün 2903 lari 78 tetri ödəyəcək.

“Marneuli Uşaq Bağçaları Birliyinin “Məktəbəqədər Təhsil Mərkəzi”-nin direktoru bizə müraciət edib. Müraciəti ilə bizə Marneulinin Qızılhacılı kəndində uşaq bağçasında bərpa işlərinin həyata keçirildiyi və indiki mərhələdə binanın təbii qaz şəbəkəsi ilə təchiz olunmasına ehtiyac olduğunu bildirib. Bir halda ki, göstərilən ərazidə təbii qazın təchizatçısı olaraq tək
və eksklüziv hüquq “Mamed” MMC-yə verilib, buna görə də məqsədəuyğun hesab edirəm ki, Qızılhacılı kəndində yerləşən uşaq bağçasının binasında təbii qazın (qazın) daxili şəbəkəsinin qurulması işləri “Mamed” MMC tərəfindən, təqdim edilmiş smeta sənədlərini nəzərə alaraq yerinə yetirilsin”,
– sadələşdirilmiş müqavilənin açıqlamasında yazılıb.

Qeyd edək ki, Qızılhacılı kəndindəki uşaq bağçası artıq 4 ildir ki, bağlıdır. Müəssisədə tədris prosesi pandemiya dövründə, 2020-ci ildə dayandırılıb. O vaxtdan bağçada daimi təmir və bərpa işləri aparılıb. Baş tutmayan tenderlər, uzanan işlər –bağçanın müəllimləri və uşaqlar bu vəziyyətdə gözləmək məcburiyyətində qalırlar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google