Marneuli yerli özünüidarəsi Qızılhacılı kənd uşaq bağçasına təbii
qaz şəbəkəsinin quraşdırılması xidmətini sadələşdirilmiş qaydada
“Mamed” MMC-dən alıb.
Marneuli meriyası “Mamed” MMC-yə bağça binasında təbii qaz
şəbəkəsini quraşdırmaq üçün 2903 lari 78 tetri ödəyəcək.
“Marneuli Uşaq Bağçaları Birliyinin “Məktəbəqədər
Təhsil Mərkəzi”-nin direktoru bizə müraciət edib. Müraciəti ilə
bizə Marneulinin Qızılhacılı kəndində uşaq bağçasında bərpa
işlərinin həyata keçirildiyi və indiki mərhələdə binanın təbii qaz
şəbəkəsi ilə təchiz olunmasına ehtiyac olduğunu bildirib. Bir halda
ki, göstərilən ərazidə təbii qazın təchizatçısı olaraq tək və
eksklüziv hüquq “Mamed” MMC-yə verilib, buna görə də məqsədəuyğun
hesab edirəm ki, Qızılhacılı kəndində yerləşən uşaq bağçasının
binasında təbii qazın (qazın) daxili şəbəkəsinin qurulması işləri
“Mamed” MMC tərəfindən, təqdim edilmiş smeta sənədlərini nəzərə
alaraq yerinə yetirilsin”, – sadələşdirilmiş
müqavilənin açıqlamasında yazılıb.
Qeyd edək ki, Qızılhacılı kəndindəki uşaq bağçası artıq 4 ildir ki,
bağlıdır. Müəssisədə tədris prosesi pandemiya dövründə, 2020-ci
ildə dayandırılıb. O vaxtdan bağçada daimi təmir və bərpa işləri
aparılıb. Baş tutmayan tenderlər, uzanan işlər –bağçanın
müəllimləri və uşaqlar bu vəziyyətdə gözləmək məcburiyyətində
qalırlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415