Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıda keçirilən BMT-nin
İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edir.
Konfransda iştirak edən liderləri BMT-nin baş katibi Antonio
Qutyerres və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
qəbul edirlər.
Gürcüstanın Baş naziri Dünya Liderlərinin İqlim Fəaliyyəti
Sammitinin açılış sessiyasında və dövlət və hökumət başçılarının
yüksək səviyyəli görüşünün açılışında iştirak edib.
Sammitdə
iştirak edən dövlətlərin liderləri ənənəvi olaraq birgə
foto çəkdiriblər.
Konfrans çərçivəsində İrakli Kobaxidzenin COP29 liderlər sammitində
çıxışı, həmçinin müxtəlif mövzularda dəyirmi masa formatında
keçiriləcək panel müzakirələri nəzərdə tutulub.
Gürcüstan hökumətinin başçısı COP29-da baş nazirin birinci müavini,
iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici
işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının
rəhbəri Levan Jolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə
iştirak edir.
Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.