V-Dem-in (Varieties of Democracy) fikrincə, indiki tendensiyanın
davam etməsi Gürcüstanı avtokratik ölkəyə çevirə bilər.
V-Dem İnstitutunun 2024-cü il Demokratiya Hesabatına əsasən,
2023-cü ildə Gürcüstan avtokratiyaya yaxın bir ölkə idi, bu o
deməkdir ki, onda demokratiyanın pisləşməsinin əlamətləri özünü
göstərirdi.
Gürcüstanda 2024-cü il seçkiləri ərəfəsində hökumətin vətəndaş
cəmiyyəti və siyasi müxalifətə hücumları ölkənin demokratik
gələcəyi ilə bağlı
narahatlıqları artırıb.
V-Dem-in qiymətləndirməsinə görə, seçki mübahisələri Gürcüstanın
demokratik böhranını dərinləşdirir və indiki tendensiya davam
edərsə, bu, Gürcüstanı avtokratik ölkəyə çevirə bilər.
V-Dem 2016-cı ildən Gürcüstanda demokratiyanın 4 göstəricisinin
aşağı düşdüyünü göstərən qrafik dərc edir: siyasi partiyaların
nifrət nitqi, partiyadaxili dezinformasiya, siyasi motivli həbslər
və azad və ədalətli seçkilər.
Sözügedən qrafikdə sıfıra yaxın xal vəziyyətin pisləşdiyini
bildirir.
“Seçki prosesində seçicilərin hədələnməsi kimi qüsurlar
azad və ədalətli seçkilərə xələl gətirir.
Bundan əlavə, baş nazir Kobaxidze müxalifəti “cinayətkar siyasi
qüvvələr” adlandırır və müxalifət partiyalarının fəaliyyətini
qadağan etməklə hədələyir ki, bu da siyasi diskursun
sərtləşməsindən xəbər verir.
Demokratiya tərəfdarı olan etirazçıları və vətəndaş cəmiyyəti
üzvlərini xarici agentlər kimi şərləmək hökumətin dezinformasiya
taktikasını nümayiş etdirir. Müxalifət səsləndirən vətəndaş
fəalları getdikcə daha çox siyasi həbslərə və təqiblərə məruz
qalırlar. Bu gərginlik seçkilərin ədalətliliyinə təhlükə
yaradır”, - deyə V-Dem öz qiymətləndirməsində
bildirib.
V-Dem (Demokratiyanın Variasiyaları) demokratiyanın
konseptuallaşdırılması və ölçülməsi üçün unikal yanaşmadır. V-Dem
demokratiyanın beş yüksək səviyyəli prinsipini tanıyır: seçkilər,
liberalizm, iştirak, qoşulma və bərabərlik və bu prinsipləri ölçmək
üçün məlumat toplayır.